Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft və qaz hasilatı artıb

    Ölkədə 289,4 min ton xam neft, 1 097,1 mln. kubmetr təbii qaz ehtiyatı yaranıb

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan üzrə xam neft hasilatı 1,2%, təbii qaz hasilatı isə 5,6% artıb.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin səkkiz ayında ölkə üzrə 28 159,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

    Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,2% çoxdur.Hesabat dövründə hasil olunan xam neftin 28 124,5 min tonu (1,1% çox) əmtəəlik neft olub.

    İlin 8 ayı ərzində ölkədə 19 764,4 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 5,6% çoxdur. Bu müddətdə hasil olunan təbii qazın 12 380,6 mln. kubmetri əmtəəlik təbii qaz olub. Əmtəəlik təbii qazın həcmi isə ötən ilin müvafiq dövründən 0,8% az olub.

    Bu il sentyabrın 1-nə ölkədə 289,4 min ton xam neft, 1 097,1 mln. kubmetr təbii qaz ehtiyatı yaranıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi