Azərbaycanda metanol istehsalının həcmi açıqlanıb

Energetika
  • 15 dekabr, 2023
  • 11:10
Azərbaycanda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 445,5 min ton metanol (metil spirti) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Bu il dekabrın 1-nə 12,3 min ton hazır məhsul istehsalı yaranıb.

Metanol istehsalı Bakının Qaradağ rayonunda - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərib, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.