Azərbaycanda məişət qaz sayğaclarının 90 %-i istismardan çıxarılıb

Energetika
  • 15 dekabr, 2023
  • 08:42
Azərbaycanda məişət qaz sayğaclarının 90 %-i istismardan çıxarılıb

Ötən İl ərzində Azərbaycanda aparılan yoxlamaların nəticəsi olaraq 214 963 ədəd məişət qaz sayğaclarından istismara yalnız 21 974 ədədi qaytarılıb.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ilin hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, bu, ümumi sayğacların 10,2 %-ni təşkil edir, 192 989 (89,8 %) ədəd məişət qaz sayğacı isə istismardan çıxarılıb.

İstismardan çıxarılan qaz sayğacından 102 040 ədədi (52,9 %) mexaniki zədələnmə, 90 949 ədəd (47,1 %) sayğac isə xəta həddini aşdığı üçün istismardan çıxarılıb.

Yoxlamanın nəticəsi olaraq 7 313 ədəd sənaye qaz sayğaclarından 2 802 ədədi (38,3 %) istismara qaytarılıb. 4 511 ədəd (61,7 %) sənaye sayğacı isə istismardan çıxarılıb.

İstismardan çıxarılan sənaye sayğacından 804 ədədi (17,8 %) mexaniki zədələnməyə, 3 707 ədədi (82,2 %) isə xəta həddini aşdığı üçün istismardan çıxarılıb.

“Məişət qaz sayğaclarının istismar müddətində metroloji parametrlərinin standartın tələblərinə cavab verməsi və təmirdən sonra istismara qaytarılan sayğacların sayının artırılması istiqamətində hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir”,- hesabatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti