Azərbaycanda karbon emissiyalarının 40 % azaldılması hədəfinə necə çatılacağı açıqlanıb

Azərbaycanda karbon emissiyalarının 40 % azaldılması hədəfinə necə çatılacağı açıqlanıb "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 % azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir".
Energetika
3 Noyabr , 2022 11:56
Azərbaycanda karbon emissiyalarının 40 % azaldılması hədəfinə necə çatılacağı açıqlanıb

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 % azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub.

Nazir deyib ki, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir: "Yəni, enerjinin ötürülməsində, paylanmasında ən effektli və "ağıllı'' sistemlərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında “yaşıl” texnologiyalardan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlər əhatə olunur".

P. Şahbazov xatırladıb ki, Zəngilanda “Ağıllı kənd” layihəsi “yaşıl enerji” konsepsiyasına uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadə edilməklə və enerji səmərəliliyi tələbləri nəzərə alınmaqla həyata keçirilməkdədir.

Son xəbərlər

Orphus sistemi