Azərbaycanda ilk üç rübdə 7,3 mlrd. kubmetr qaz istehlak edilib

Azərbaycanda ilk üç rübdə 7,3 mlrd. kubmetr qaz istehlak edilib Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 16,5 mlrd. kubmetr həcmində əmtəəlik təbii qaz ehtiyatları olub.
Energetika
16 Noyabr , 2017 15:38
Azərbaycanda ilk üç rübdə 7,3 mlrd. kubmetr qaz istehlak edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 16,5 mlrd. kubmetr həcmində əmtəəlik təbii qaz ehtiyatları olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 81,8 %-i hasilatın, 10,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,8% isə idxalın hesabına formalaşıb.

Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 13,5 mlrd. kubmetr, ilin əvvəlinə mövcud olan ehtiyatın həcmi 1,7 mlrd. kubmetr, idxalın həcmi 1,3 mlrd. kubmetr təşkil edib.

Ehtiyatların 44,3%-i ölkə daxilində istehlak edilib, 37,7%-i ixrac olunub, 3,6 %-i itkiyə gedib, 14,4%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

Bu ilin 9 ayı ərzində ölkə daxilində 7,3 mlrd. kubmetr qaz istehlak edilib. Hesabat dövründə 6,2 mlrd. kubmetr qaz ixraca yönəldilib, 594 mln. kubmetr qaz itkisi olub, 2,4 mlrd. kubmetr həcmində isə oktyabr ayının əvvəlində ehtiyat kimi qalıb.

Son xəbərlər

Orphus sistemi