Yuxarı

Azərbaycanda havanın soyuması ilə əlaqədar əhalinin qaz təminatı artırılıb

Qaynar Xətlərə daxil olan şikayətlərin əksəriyyəti sayğacların koda düşməsi ilə bağlı olub

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar Dövlət Neft Şirkətinin "Azəriqaz" QSC əhaliyə verilən qazın həcmini artırıb. Bunu "Report"a açıqlamasında "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. 

İ.Kərbalayev qeyd edib ki, əhalinin qaza olan tələbatının artmasını nəzərə alaraq, ötən ilin eyni dövrü ilə müqayisədə əhaliyə verilən qazın həcmi 2,514 mln. kubmetrə qədər artırılıb. Bundan əlavə, 104 və 185 nömrəli Qaynar Xətt gücləndirilmiş iş rejiminə keçib".

İ.Kərbalayev deyib ki, Qaynar Xətlərə bəzi şikayətlər daxil olub və onlar operativ şəkildə həll edilib: "Qaynar Xəttə bəzi xırda məsələlərlə bağlı şikayətlər daxil olub. Məsələn, şikayətlərin əksəriyyəti sayğacların koda düşməsi ilə bağlı olub. Operativ şəkildə şikayətlər qeydə alınıb və müvafiq rayon strukturları problemi həll ediblər".

"Azəriqaz" rəsmisi əlavə edib ki, qış mövsümünə hazırlıqla əlaqədar olaraq, qurum kompleks işlər həyata keçirib: "Qış mövsümünə hazırlıqla əlaqədar çox işlər görmüşük. Sıradan çıxmış borular yenisi ilə əvəzlənib, əhalini qaz təhlükəsizliyi ilə bağlı maarifləndirmək üçün müxtəlif KİV-də elanlar verilib, yollarda məlumat lövhələri quraşdırılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi