Azərbaycanda günəş enerjisinin istehsalı 16 %-dən çox artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 16 %-dən çox artıb Ötən 7 ay ərzində Azərbaycanda 14 milyard 868,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib
Energetika
18 Avqust , 2021 11:20
Azərbaycanda günəş enerjisinin istehsalı 16 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 404,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 2,6 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,7 % artaraq 240 milyon manat təşkil edib.

Ötən 7 ay ərzində Azərbaycanda 14 milyard 868,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur. Bunun 14 milyard 411,2 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur.

Bunun 858,1 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 13,3 % çoxdur.

Bunun 13 milyard 467,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 3,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 54 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 11,8 % azdır.

Yanvar-iyul aylarında ölkədə 31,5 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin 7 ayının göstəriciləri ilə müqayisədə 16,2 % çoxdur.

Son xəbərlər

Orphus sistemi