Azərbaycanda günəş enerjisi istehsalı 18 dəfə artıb

Azərbaycanda günəş enerjisi istehsalı 18 dəfə artıb Külək enerjisində isə 3 dəfəyədək artım qeydə alınıb
Energetika
143
28 İyun , 2016 16:55
Azərbaycanda günəş enerjisi istehsalı 18 dəfə artıb

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalının həcmi illik müqayisədə 17,5 dəfə artaraq 2016-cı ilin yanvar-may aylarında 20,8 mln. kVt/saat təşkil edib. "Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, bu müddətdə külək stansiyalarında istehsal 2,7 dəfə artaraq 7,9 mln. kVt/saata çatıb.

İstilik elektrik stansiyalarında istehsalın həcmi 8,9% azalaraq 8 042,2 mln. kVt/saata enib, su elektrik stansiyalarında isə 15,9% artaraq 822,0 mln. kVt/saata yüksəlib. 

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 9 307,7 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.

Məlumat üçün bildirək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda beş ay ərzində 740,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 6,5%-lik azalma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi