Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 11 %-dək artıb

Energetika
  • 19 yanvar, 2023
  • 09:15
Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 11 %-dək artıb

2022-ci il ərzində Azərbaycanda 60,3 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 10,6 % çoxdur.

Məlumata görə, 2022-ci il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 930,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2021-ci illə müqayisədə bu sahədə 2,3 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,4 % artaraq 502,9 milyon manat təşkil edib.

2022-ci il ərzində Azərbaycanda 27 milyard 300,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 5,1 % çoxdur. Bunun 26 milyard 413,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 4,4 % çoxdur.

Bunun 1 milyard 561,9 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 25,3 % çoxdur.

Bunun 24 milyard 742,4 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3,5 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 49 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 46 % azdır.

44 filmi