Azərbaycanda əmtəəlik qaz hasilatı 15% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 15% artıb Əmtəəlik xam neftin həcmi 17 810,2 min ton (4,9% az) təşkil edib.
Energetika
16 İyul , 2020 10:10
Azərbaycanda əmtəəlik qaz hasilatı 15% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 17 897,3 min ton həcmində xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 4,7% azdır.

Hesabat dövründə əmtəəlik xam neftin həcmi 17 810,2 min ton (4,9% az) təşkil edib.

İlin I yarısında Azərbaycanda 19 359,2 mln kubmetr təbii qaz hasil edilib ki, bu həcm də ötən ilin müvafiq dövründən 11,8% çoxdur.

Yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik qaz hasilatının həcmi 14,9% artaraq 13 777,8 mln kubmetr olub.

Son xəbərlər

Orphus sistemi