Azərbaycanda elektroenergetika sektorunda qiymətlərin formalaşması qaydaları açıqlanıb

Energetika
  • 21 fevral, 2023
  • 08:08
Azərbaycanda elektroenergetika sektorunda qiymətlərin formalaşması qaydaları açıqlanıb

Azərbaycanın elektroenergetika sektorunda tənzimlənən qiymət ve tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

"Report" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymət ve tariflər așağıdakılardır:

- elektrik enerjisinin ötürülməsi tarifləri;

- elektrik enerjisinin paylanması tarifləri;

- bazar operatorunun xidmətlərinin tarifləri;

- ötürücü ve paylayıcı şəbəkələrə qoșulma xidmətlərinin qiymətləri;

- sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri;

Elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi ve paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli ve sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır. Elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur. Elektroenergetika sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunla ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydasına uyğun olaraq hesablanır.

Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətlərinin formalaşması mexanizmləri aşağıdakılara əsaslanır:

- elektrik enerjisi alıcıları ve satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansı;

- qiymətləri elektrik enerjisinin alqı-satqı müqaviləsi tərəflərinin müəyyən etməsi.

Topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən edilir. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edirlər.

44 filmi