Azərbaycanda elektrik enerjisi istehsalında yanacaq sərfi artıb

Azərbaycanda elektrik enerjisi istehsalında yanacaq sərfi artıb Bakı. 30 yanvarı. REPORT.AZ/ Azərbaycanda ötən il elektroenergetika sisteminin qoyuluş gücü artıq 7172,6 MVt-a çatdırılıb. 
Energetika
30 Yanvar , 2018 14:21
Azərbaycanda elektrik enerjisi istehsalında yanacaq sərfi artıb

Bakı. 30 yanvarı. REPORT.AZ/ Azərbaycanda ötən il elektroenergetika sisteminin qoyuluş gücü artıq 7172,6 MVt-a çatdırılıb. 

“Report” bu barədə hökumətdəki mənbəyə istinadən xəbər verir.

Məlumata görə, hazırda sistemin imkan gücü 5200 MVt, tələb olunan ümumi maksimal pik gücü isə 3750-3900 MVt ətrafındadır.

Bununla yanaşı, 2017-ci ildə elektrik enerjinin istehsalının 2016-cı illə müqayisədə 22 209,8 mln. kVt/saat və yaxud 2% azaldığı qeyd edilir: 

"Ötən il İES-lərdə 20 445,4 mln. kVt/saat, SES-lərdə isə 1 732,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Naxçıvan Günəş Elektrik Stansiyasında hesabat dövrü ərzində 31,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. 2017-ci ildə elektrik enerjisinin ixracı 1 282,5 mln. kVt/saat olmaqla, 2016-cı illə müqayisədə 17,1 % artıb, idxalı isə 107,8 mln. kVt/saat olmaqla, 5,8% azalıb”, - məlumatda qeyd edilib. 

Ötən il elektrik enerjisi istehsalı üçün sərf edilən yanacağın həcmi də məlum olub: “2017-ci ildə hər kVt/saat elektrik enerjisinin istehsalına xüsusi yanacaq sərfiyyatı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 285,7 qr/kVt/saat-dan 296,1 qr/kVt/saat-a qədər (10,4 qr/kVt/saat) artıb ki, bu da 205,4 min ton şərti yanacağın izafı sərfi deməkdir. Ümumilikdə hesabat dövrü ərzində elektrik enerjisinin istehsalına 4778,8 mln. kubmetr təbii qaz və 311,5 min ton soba mazutu istifadə edilib”.

Son xəbərlər

Orphus sistemi