Bərpa olunan enerji müqavilələri Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir

Bərpa olunan enerji müqavilələri Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir Bu gün Azərbaycanda əhalinin təbii qaz istehlakı 3 milyard kubmetr təşkil edir.
Energetika
19 Fevral , 2020 11:47
Bərpa olunan enerji müqavilələri Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir
shutterstock

Bu gün Azərbaycanda əhalinin təbii qaz istehlakı 3 milyard kubmetr təşkil edir.

“Report”un məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə ən böyük qaz istehlakçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətidir.

E. Soltanov "ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanan sazişdən danışaraq qeyd edib ki, günəş və külək enerjisinin istehsalını nəzərdə tutan iki stansiyanın tikintisi bir-iki il vaxt tələb edir: “Artıq icra sazişi fəaliyyətdədir. Bəzi detallar Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir. Bu proseslər davam edir. Hətta ən pessimist ehtimalla, bu prosesi iki il ərzində tamamlayıb həyata keçirmək mümkün olacaq. Təbii ki, bu 440 MVt enerji qoyuluşu həmin an həyata keçirilməyəcək. Böyük ehtimalla bu güclər də mərhələli şəkildə istifadəyə veriləcək və sistemə inteqrasiya ediləcək”.

Son xəbərlər

Orphus sistemi