Azərbaycanda dizel yanacağı istehsalı artıb

Azərbaycanda dizel yanacağı istehsalı artıb Bu ilin I rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat təşkil edib.
Energetika
17 Aprel , 2019 17:46
Azərbaycanda dizel yanacağı istehsalı artıb

Bu ilin I rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% çoxdur.

Hesabat dövründə 302,8 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin I rübündən 1,6% azdır. Bu il aprelin 1-nə 79,9 min ton avtomobil benzini ehtiyatı olub.

Yanvar-mart ayları ərzində 515,6 min ton dizel yanacağı, 154,2 min ton ağ neft, 78,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal edilib ki, dizel yanacağının istehsalında 5,9%, ağ neftin istehsalında 9,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 36,8% artım qeydə alınıb.

Eyni zamanda I rübdə 18 min ton yanacaq mazutu, 4,9 min ton sürtkü yağları, 39,4 min ton neft bitumu, 61,2 min ton neft koksu istehsal edilib. Yanacaq mazutunun istehsalı 8,6%, sürtkü yağlarının istehsalı 5,8%, neft bitumunun istehsalı 33%, neft koksunun istehsalı 3,8% azalıb.

Son xəbərlər

Orphus sistemi