Azərbaycanda daha 8 kəndə ilk dəfə qaz verilib

Azərbaycanda daha 8 kəndə ilk dəfə qaz verilib Ümumilikdə, 902 abonent təbii qazla təmin olunub
Energetika
28 Oktyabr , 2015 16:18
Azərbaycanda daha 8 kəndə ilk dəfə qaz verilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Cəlilabad, Bərdə və Neftçala rayonlarının 8 kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 902 abonent təbii qazla təmin olunub.

Cəlilabad rayonunda keçirilmiş tədbirdə qeyd olunub ki, 120 abonentlik Astanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun Xanağalı və Hüseynallar kəndləri də ilk dəfə olaraq qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə, 261 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 14 899 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunun 5 kəndinə ilk dəfə olaraq “mavi yanacaq” verilib. Bununla əlaqədar keçirilmiş mərasimlərdə vurğulanıb ki, ümumilikdə, 521 abonenti olan Abasalılı, Ramazanlı, Tatarməhlə, Qazaxbərəsi və Xanməmmədli kəndlərinin qazlaşdırılması məqsədilə 51 873 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 521 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi