Azərbaycanda 4 elektrik yarımstansiyası yenidən qurulacaq
Energetika
- 09 oktyabr, 2021
- 08:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərenerji" ASC 110/35/6 kV-luq “Salyan” (Lot - 1), 110/35/10 kV-luq “Yevlax” (Lot - 2), 110/35/10 kV-luq “Ucar” (LOT - 3) və 110/35/10 kV-luq “Masallı” (4) yarımstansiyalarnın yenidən qurulması və istismara verilməsi ilə bağlı açıq tender elan edib.
"Report" xəbər verir ki, hər lot üzrə iştirak haqqı 2 000 manatdır.
Tenderdə iştirak etmək istəyənlər ilkin sənədləri noyabrın 17-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 25-nə qədər Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.
Təkliflərə onlayn formatda, noyabrın 26-da, saat 15:00-da baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri qiymətləndirmədə iştirak edə bilərlər.
Son xəbərlər
12:35
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək
Biznes
12:34
Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb
Futbol
12:34
Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub"
ASK
12:32
Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb"
Maliyyə
12:31
BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir
Xarici siyasət
12:29
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
Media
12:26
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
Hadisə
12:26
Sabah yağış yağacaq - Proqnoz
Ekologiya
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK