Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda 3 kəndə təbii qaz verilib

    Üç kəndin 1733 abonenti təbii qazla təmin olunub

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Gədəbəy, Neftçala və Şəki rayonlarının daha 3 kəndinə təbii qaz verib.

    "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 1733 abonent təbii qazla təmin olunub.

    Gədəbəy rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 210 abonenti olan Nərimankənd kəndinə ilk dəfə təbii qazın verilməsi məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 15434 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

    Neftçala rayonunun 583 abonenti olan Aşağı Qaramanlı kəndinin yenidən qazlaşdırılması zamanı 30992 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Şəki rayonunun Böyük Dəhnə kəndinə təbii qaz verilişinin bərpa edilməsi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, 940 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 74049 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 940 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi