Azərbaycana 6 ölkədən polietilen idxalı bərpa edilib
- 21 fevral, 2023
- 05:44
Ötən ildə Azərbaycan xaricə 146,623 milyon ABŞ dolları dəyərində 120 min ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 14 % azdır.
Azərbaycandan Rusiyaya 51,731 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 34 min 225 ton (-32 %), Türkiyəyə 45 milyon ABŞ dolları dəyərində (+27 %) 40 min 582 ton (+40 %), Çinə 28,877 milyon ABŞ dolları dəyərində (+2,2 %) 29 min 565 ton (+5,7 %), Ukraynaya 5,226 milyon ABŞ dolları dəyərində (-56 %) 4 min 389 ton (-53 %), Litvaya 4,884 milyon ABŞ dolları dəyərində (-59 %) 3 min 393 ton (-59 %) məhsul göndərilib.
Hesabat dövründə Azərbaycana 65,377 milyon ABŞ dolları dəyərində (+81 %) 47 min 503 ton (+74 %) polietilen gətirilib.
İrandan 44,91 milyon ABŞ dolları dəyərində (+72 %) 34 min 675 ton (+65,6 %), Səudiyyə Ərəbistanından 7,435 milyon ABŞ dolları dəyərində (+67 %) 6 min 223 ton (+57 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,789 milyon ABŞ dolları dəyərində (+62 %) 1 min 374 ton (+55 %), Rusiyadan 2,579 milyon ABŞ dolları dəyərində (+30 dəfə) 1 min 902 ton (+31 dəfə), Koreyadan 1,573 milyon ABŞ dolları dəyərində (+37 %) 541,4 ton (dəyişməyib) məhsul alınıb.
Azərbaycana Böyük Britaniyadan (7,64 min ABŞ dolları dəyərində 1,38 ton), Çindən (90,2 min ABŞ dolları dəyərində 32,5 ton), İspaniyadan (9,52 min ABŞ dolları dəyərində 4,12 ton), İsveçrədən (337,4 min ABŞ dolları dəyərində 131 ton), Qətərdən (755 min ABŞ dolları dəyərində 487 ton) və Polşadan (0,76 min ABŞ dolları dəyərində 0,08 ton) tədarük bərpa edilib.