Azərbaycan Yunanıstandan “Aİ-95” markalı benzin alışını kəskin artırıb

Energetika
  • 17 oktyabr, 2024
  • 11:54
Azərbaycan Yunanıstandan “Aİ-95” markalı benzin alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 41,1 milyon ABŞ dolları dəyərində 41 min 816 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,3 %, kəmiyyət olaraq – 4,4 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 14,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % azalıb) 15 min 545 ton (-51 %), Belarusdan 13,82 milyon ABŞ dolları dəyərində (+2,9 %) 14 min 166 ton (-4 %), Yunanıstandan 7,12 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 6 min 585 ton (+2,3 dəfə), Bolqarıstandan 2,82 milyon ABŞ dolları dəyərində 2 min 553 ton (bir il əvvəl tədarük olmayıb), Rumıniyadan 2,33 milyon ABŞ dolları dəyərində (-59 %) 2 min 184 ton (-61 %) benzin alıb.

2023-cü ildə Azərbaycana 7 ölkədən idxal edilmiş 86 min ton “Aİ-95” markalı benzinin 46,8 %-i Rusiyanın, 25 %-i Belarusun payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti