Azərbaycan Türkiyəyə 590 mln. kubmetr qaz ixrac edib

Azərbaycan Türkiyəyə 590 mln. kubmetr qaz ixrac edib Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 10%-ə çatıb
Energetika
27 Mart , 2017 14:17
Azərbaycan Türkiyəyə 590 mln. kubmetr qaz ixrac edib

Bakı. 27 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz nəql edilib.

“Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 9,98% təşkil edib. Bu ilin yanvar ayında Türkiyəyə ixrac olunan Azərbaycan qazının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,69% azalıb.

Yanvarda Türkiyə ümumilikdə 5 914,34 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin yanvarından 9,67% çoxdur. Qaz idxalının 4 209,33 mln. kubmetrini (71,17%) boru kəmərləri ilə nəql olunan qaz, 1 705,01 mln. kubmnietrini (28,83%) mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Türkiyə yanvar ayında LNG idxalını 46,98% artırıb, boru qazının idxalını isə 0,56% azaldıb.

Yanvar ayında Türkiyənin qaz idxalının 2 829,41 mln.kubmetri Rusiyadan, 254,32 mln. kubmetri Norveçdən, 384,04 mln. kubmetri Nigeriyadan, 349,90 mln. kubmetri Qətərdən, 789,58 mln. kubmetri İrandan, 636,60 mln. kubmetri Əlcəzairdən, 80,15 mln. kubmetri isə ABŞ-dan həyata keçirilib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub.

Son xəbərlər

Orphus sistemi