Azərbaycan xam neft ixracını artırıb

Azərbaycan xam neft ixracını artırıb Bakı. 20 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 11 779 766,88 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Energetika
20 İyun , 2018 15:39
Azərbaycan xam neft ixracını artırıb
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 11 779 766,88 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulların dəyəri 5 921 818,6 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 80,34%-ni tutub.

Bu ilin 5 ayında ixrac olunan xam neftin miqdarı illik müqayisədə 45,92%, dəyəri isə 83,33% artıb.

Son xəbərlər

Orphus sistemi