Azərbaycan və Tatarıstanın elektrik şəbəkə şirkətləri əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan və Tatarıstanın elektrik şəbəkə şirkətləri əməkdaşlıq sazişi imzalayıb “Azərişıq” ASC ilə Tatarstanın “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Energetika
17 Dekabr , 2021 10:35
Azərbaycan və Tatarıstanın elektrik şəbəkə şirkətləri əməkdaşlıq sazişi imzalayıb

“Azərişıq” ASC ilə Tatarstanın “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi “Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfəri çərçivəsində baş tutub. Səfərin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.

“İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim çoxlu ortaq təmas nöqtələrimiz var – bu yaxınlarda Azərbaycana səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq - qabaqcıl təcrübənin tətbiqi və hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır”, – “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fərdiyev qeyd edib.

O, iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirdi.

Vüqar Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verib.

Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada, iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verilib.

Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstanda ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində "Smart Grid" proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirilib.

"Setevaya Kompaniya"nın baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 - müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndiriblər.

Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim edilib. Məlumat verildi ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan apamağa imkan verir.

Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstanın elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edilib.

Son xəbərlər

Orphus sistemi