Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, Ukraynanın bu ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.
Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.
Bu dövr ərzində Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.
Ukraynanın əsas neft idxalçısı “Ukrtatnafta” şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (
Qeyd edək ki, 2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,8 min ton həcmində neft idxal edib.