Yuxarı

Azərbaycan dörd ayda Türkiyəyə qaz ixracını 48,4% artırıb

​Azərbaycan Türkiyəyə qaz ixracını bir ildə 2,5 dəfə artırıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 724,88 mln. kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Apreldə Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 20,42% olub.

Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan Türkiyəyə 2 989,1 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 48,4% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin aprel ayında Rusiyadan Türkiyəyə, təxminən, 1 496,7 mlrd. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə bu ilin aprel ayı ərzində Türkiyəyə 640,80 mln. kubmetr qaz nəql edib.

Xatırladaq ki, ümumilikdə, ötən ilin aprel ayında Türkiyə 3 550,34 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 3,26% azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi