Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin görüşü keçiriləcək Görüş gələn ilin əvvəlində keçiriləcək
Energetika
3 Dekabr , 2016 13:19
Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin görüşü keçiriləcək

Bakı, 3 dekabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə, Türkmənistan energetika nazirlərinin görüşü keçiriləcək.

"Report"un məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüş gələn ilin əvvəlində keçiriləcək.

Nazir əlavə edib ki, daha sonra isə XİN rəhbərləri görüşəcəklər: "Bu dəfə Azərbaycan görüşə ev sahibliyi edəcək".

Son xəbərlər

Orphus sistemi