Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı yaradılacaq
- 22 iyul, 2022
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2025‒2026-cı illər ərzində Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı yaradılacaq.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Strategiyada qeyd edilir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından Türkiyəyə, oradan da Avropaya qədər uzanacaq enerji qovşağı “Azərenerji” ASC tərəfindən qurulacaq.
Bildirilir ki, Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağının yaradılması 1 ədəd Çevirici (HVDC) yarımstansiyanın tikintisi, 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xəttin çəkilməsinin nəzərdə tutulur.
Bu da Azərbaycanın Türkiəyə birbaşa enerji ixracı imkanının yaradılmasına dəstək olacaq.