Azərbaycan SGC-nin genişləndirilməsinin maliyyələşdirilməsini EBRD ilə müzakirə edib

Energetika
  • 03 iyun, 2025
  • 14:04
Azərbaycan SGC-nin genişləndirilməsinin maliyyələşdirilməsini EBRD ilə müzakirə edib

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi imkanları müzakirə edilib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov EBRD-nin Avrasiya regionu və Türkiyə üzrə energetika departamentinin direktoru Sule Kilic ilə görüşüb.

Görüşdə bankla uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə edilib. EBRD-nin 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası (GES), 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası, 315 MVt “Bankə” GES və 445 MVt gücündə “Biləsuvar” GES-ə uzunmüddətli kredit ayırması yüksək qiymətləndirilib. Azərbaycanda daxili istehlak və ixrac məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib.

Eyni zamanda “yaşıl enerji” interkonnektorlarının həyata keçirilməsi mərhələsində Bankla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizlərinə maliyyə dəstəyi imkanları müzakirə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti