Azərbaycan sentyabrda propilen ixracını 65 % artırıb
- 30 oktyabr, 2024
- 10:01
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 77 milyon 979,81 min ABŞ dolları dəyərində 66 min 173,98 ton propilen (ilkin formalarda) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 10,4 %, həcmi isə 24 % artıb.
Sentyabrda isə ölkədən 12 milyon 943,7 min ABŞ dolları məbləğində 10 min 350 ton propilen (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 60,2 % və 65 % çoxdur.
Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında propilenin payı 3,75 % təşkil edir.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.