Yuxarı

Azərbaycan qaz ixracını artırıb

İxrac olunan qazın dəyəri ötən ilin müvafiq dövründən 26% artıqdır

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,459 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib. "Report" xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,3% çoxdur.

Hesabat aylarında ixrac olunmuş qazın gömrük bəyannamələri əsasında həcmi 597,609 mln. kubmetr təşkil edib. Bu həcmdə qazın məbləği isə 95,413 mln. dollar olub. İxrac olunan qazın məbləği ötən ilin müvafiq dövründən 26% artıqdır. Bu ilin I rübündə təbii qazın ümumi ixracda payı isə 5,36% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi