Azərbaycan qaz ixracını 18 % artırıb

Energetika
  • 26 aprel, 2022
  • 14:11
Azərbaycan qaz ixracını 18 % artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk 3 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 milyard kubmetr və ya 18 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub.

Xatırladaq ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti