Yuxarı

Azərbaycan qaz hasilatını 5% artırıb

Yanvar-oktyabr aylarında Azərbaycanda 25,2 mlrd. kubmetr təbii qaz hasil edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 25,2 mlrd. kubmetr həcmində təbii qaz hasil olunub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Hasil olunan qazın ümumi həcmindən 15,481 mlrd. kubmetri əmtəə qazı təşkil edib. Qeyd etmək lazımdır ki, qaz hasilatının ümumi həcmi 5,1%, əmtəə qazının həcmi isə 5,9% artıb.

Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda ümumi qaz hasilatı 28,42 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi