Azərbaycan polipropilen ixracından qazancını 30 %-dən çox artırıb

Azərbaycan polipropilen ixracından qazancını 30 %-dən çox artırıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 40 min ton ilkin formalarda polipropilen ixrac edib.
Energetika
17 İyul , 2021 10:28
Azərbaycan polipropilen ixracından qazancını 30 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 40 min ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 51,95 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 20,85 % az və 30,3 % çoxdur.

Ötən 6 ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,45 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,6 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi