Azərbaycan Özbəkistana propilen ixracını 16 dəfə artırıb
- 15 sentyabr, 2023
- 06:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 56,21 milyon ABŞ dolları dəyərində 42 min 304 ton propilen göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq –4,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 54,13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 40 min 686 ton (+5,2 dəfə), Belarusa 1,6 milyon ABŞ dolları dəyərində (+3,9 dəfə) 1 min 190 ton (+5,1 dəfə), Özbəkistana 406 min ABŞ dolları dəyərində (+14 dəfə) 314,3 ton (+16 dəfə) və Türkiyəyə 82,65 min ABŞ dolları dəyərində (-96,4 %) 113,75 ton (-93 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilən 34,9 min ton propilenin 90,5 %-i Rusiyanın payına düşüb.