Azərbaycan ötən il elektrik enerjisinin istehsalını 8 % artırıb

Energetika
  • 19 yanvar, 2022
  • 05:32
Azərbaycan ötən il elektrik enerjisinin istehsalını 8 % artırıb

2021-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 614,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci il ilə müqayisədə bu sahədə 7,1 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 18,2 % artaraq 444,3 milyon manat təşkil edib.

2021-ci il ərzində Azərbaycanda 25 milyard 958,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci il ilə müqayisədə 0,5 % çoxdur. Bunun 25 milyard 163,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8,4 % çoxdur.

Bunun 1 milyard 243,9 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 19,8 % çoxdur.

Bunun 23 milyard 776,4 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci il ilə müqayisədə 7,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 89 \kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 6,7 % azdır.

2021-ci il ərzində ölkədə 54,2 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 18,3 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti