Yuxarı
    Bağlamaq

    Azərbaycan ötən il 971 mln. dollarlıq qaz ixrac edib

    Gömrük bəyannamələri əsasında 6,8 mlrd. kubmetr təbii qaz ixrac edilib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycandan gömrük bəyannamələri əsasında 2016-cı ildə 6,755 mlrd. kubmetr həcmində təbii qaz ixrac edilib.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 970,675 mln. ABŞ dolları təşkil edib.

    Ötən il Azərbaycanın ixrac etdiyi qazın miqdarı 2015-ci ilə nisbətən 20%, dəyəri isə 35,5% az olub.

    Hesabat ilində təbii qaz satışı Azərbaycanın ümumi ixracının 10,62%-ni təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi