Azərbaycan ötən il 9 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan ötən il 9 mlrd. dollarlıq xam neft ixrac edib Hesabat ilində xam neft ixracının həcmi 22 mln. ton olub
Energetika
22 Yanvar , 2016 11:14
Azərbaycan ötən il 9 mlrd. dollarlıq xam neft ixrac edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan 2015-ci il ərzində gömrük bəyannamələri əsasında 21,960 mln. ton xam neft ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məbləği 8,866 mlrd. ABŞ dolları təşkil edib.

Bu məbləğ isə 2014-cü ilin müvafiq dövründən 52% azdır. 2015-ci ildə Azərbaycanın ümumi ixracında xam neftin payı 77,6% olub.

Hesabat dövründə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 32,520 mln. ton xam neft nəql olunub. 2015-ci ildə sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 26,678 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Ötən il ərzində Bakı-Supsa kəməri ilə 4,223 mln. ton, şimal marşrutu ilə (Bakı-Novorossiysk kəməri) 1,186 mln. ton, dəmir yolu nəqliyyatı ilə 432 508 ton xam neft ixrac olunub.

Son xəbərlər

Orphus sistemi