Azərbaycan OPEC qarşısındakı öhdəliyini mayda da yerinə yetirib

Azərbaycan OPEC qarşısındakı öhdəliyini mayda da yerinə yetirib Həmin məlumatlara əsasən, may ayında ölkə üzrə gündəlik neft hasilatı 785,3 min barel olub
Energetika
5 İyun , 2017 15:06
Azərbaycan OPEC qarşısındakı öhdəliyini mayda da yerinə yetirib
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 5 iyun. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat veriulib.

Həmin məlumatlara əsasən, cari ilin may ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 785,3 min barel olub. Bunun 730,3 min barelini xam neft, 55 min barelini kondensat təşkil edib. Gündəlik 596,5 min barel xam neft, 55 min barel kondensat, 12,2 min barel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, yanvar ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında 733,3 min barel, aprel ayında isə 781,1 min barel olub olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübünədək uzadılması barədə razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi