​Azərbaycan "OE 2015" sərgisində iştirak edəcək

​Azərbaycan "OE 2015" sərgisində iştirak edəcək Aberdin konfrans-sərgisində Azərbaycanın neft-qaz sənayesinin təqdimatı keçiriləcək
Energetika
14 Avqust , 2015 13:14
​Azərbaycan OE 2015 sərgisində iştirak edəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan sentyabrın 8-11-də Aberdində (Şotlandiya) keçiriləcək "Offshore Europe 2015" (OE 2015) adlı beynəlxalq konfrans-sərgidə təmsil olunacaq. Bu barədə "Report"a sərginin Təşkilat Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın market brifinqi (market briefing) sentyabrın 8-də 10:30-dan 12:00-a qədər davam edəcək.

"Azərbaycan 10 il müddətində ümumi dəyəri 65 mlrd. funt sterlinq olan və bütün istehsal zənciri boyunca müxtəlif imkanlar təqdim edən karbohidrogen hasilatı və neft-kimya istehsalı kompleksinə malikdir. Bu imkanlara "Ümid", "Babək" və "Abşeron" qaz yataqları, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının genişləndirilməsi, yeni neft-qaz emalı və neft-kimya kompleksi və s. daxildir. Böyük Britaniya şirkətlərinin buraya edə biləcəyi yatırımların həcmi 11 mlrd. funt sterlinqə çata bilər. Böyük Britaniyanın mühəndislik, layihənin idarə olunması üçün ekspertiza və kompleks avadanlıq üçün mütəxəssis hazırlığı sahəsində böyük təcrübəsi var. Hansı ki, Azərbaycanın irimiqyaslı neft və qaz ehtiyatlarını hasil etmək üçün buna tələbatı var", - deyə təşkilatçılar qeyd edir.

Xatırladaq ki, Aberdin konfrans-sərgisində 100-dən artıq ölkədən 1 500-dən çox şirkətin iştirak edəcəyi, ziyarətçilərin sayının isə 70 mini keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi