Bakı. 1 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (
SOCAR-dan "Report"a verilən məlumata görə, Novorossiyskdən ixrac edilən xam neft ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
May ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) ixrac edilən xam neftin həcmi 2014-cü ilin mayına nisbətən 5,03% artaraq 169 425,552 tona bərabər olub ki, bu da ixrac edilən ümumi xam neftin 10,01%-i deməkdir.
Hesabat ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yüklənən xam neftin həcmində azalma müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 18,56% azalaraq 1 352 966,632 tona çatıb ki, bu da ümumi xam neft ixracının 79,97%-i deməkdir.
Xatırladaq ki, 2015-ci ilin may ayı ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 11,3% azalaraq 1 691 951,914 tona bərabər olub.
Bu ilin yanvar-may ayları ərzində SOCAR tərəfindən Novorossiyskdən ixrac edilmək üçün 678 046,608 ton xam neft yüklənib ki, bu da ümumi həcmin 7,42%-nə bərabərdir. Novorossiysk limanından ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60,05% artıb.
Həmin dövrdə Supsadan ixrac edilən xam neftin həcmi 2,04% azalaraq 1 185 880,084 tona bərabər olub ki, bu da ixrac edilən ümumi xam neftin 12,97%-i deməkdir.
Yanvar-may aylarında Ceyhan limanından yüklənən xam neftin həcmində də azalma müşahidə olunub. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 13,79% azalaraq 7 278 248,361 tona çatıb ki, bu da bu il ixrac edilən xam neftin 79,61%-nə bərabərdir.
Xatırladaq ki, 2015-ci ilin yanvar-may ayı ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 0,94% azalaraq 9 142 178,053 tona düşüb.