Azərbaycan Niderlanddan kerosin idxalını bərpa edib
- 26 avqust, 2024
- 08:33
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 11 milyon ABŞ dolları dəyərində 12 min 888 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % azdır, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkmənistandan 5,89 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 9 min 708 ton (+72 %), Belçikadan 4,75 milyon ABŞ dolları dəyərində (-15 %) 2 min 997 ton (-14 %), Türkiyədən 202 min ABŞ dolları dəyərində (-95,8 %) 144 ton (-94 %), Cənubi Koreyadan 94 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 23,34 min ABŞ dolları dəyərində (+93 %) 2,51 ton (-33 %) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Niderlanddan (2,4 min ABŞ dolları dəyərində 0,3 ton) kerosin tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 28 min 397 ton kerosinin 62,6 %-i Türkmənistanın payına düşüb.