Yuxarı
    Bağlamaq

    Azərbaycan neftinin qiyməti sabit qalıb

    Böyük Britaniyada Bank Bayramının keçirilməsi birjaların işinə təsir edib

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiymətində heç bir dəyişiklik olmayıb.

    "Report" xəbər verir ki, ötən gün Böyük Britaniyada "Bank Bayramı"nın keçirilməsi birjaların işinə də təsir edib. Bununla da "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 50,54 dollara bərabər olub.

    Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi