Azərbaycan neftinin daha bir daşınma xətti Aİ-nin perspektiv layihələri arasındadır - EKSKLÜZİV

Azərbaycan neftinin daha bir daşınma xətti Aİ-nin perspektiv layihələri arasındadır - EKSKLÜZİV Ukraynanın Brodi şəhərindən Polşanın Adamova Zastava məntəqəsinə neft kəmərinin tikintisi layihəsi Avropa Komissiyası tərəfindən bir daha Avropa İttifaqı məkanının transsərhəd enerji infrastrukturunu təkmilləşdirmək üçün icra olunan PCİ (ümumi maraq layihəsi) layihələri siyahısına salınıb.
Energetika
21 Noyabr , 2019 16:12
Azərbaycan neftinin daha bir daşınma xətti Aİ-nin perspektiv layihələri arasındadır - EKSKLÜZİV

Ukraynanın Brodi şəhərindən Polşanın Adamova Zastava məntəqəsinə neft kəmərinin tikintisi layihəsi Avropa Komissiyası tərəfindən bir daha Avropa İttifaqı məkanının transsərhəd enerji infrastrukturunu təkmilləşdirmək üçün icra olunan PCİ (ümumi maraq layihəsi) layihələri siyahısına salınıb.

Bu barədə “Report”a “Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.

O, sayca dördüncü olan və dayanıqlı inkişaf, enerji daşıyıcılarının təhlükəsiz nəqli və asan əldə edilməsi məqsədlərini uzlaşdırmaqla tərtib olunmuş yekun siyahının gələn ilin əvvəllərində Avropa Parlamentində təsdiqlənəcəyini qeyd edib.

Bu ilin yayında səhmdarlarının iclasında nizamnamə kapitalını 320 min avro artırmaq barədə qərar verildiyi “Sarmathia” müəssisəsinin hazırda nizamnamə kapitalı 6,2 milyon avro təşkil edir.

Ötən il təsdiqlənən texniki iqtisadi əsaslandırmasına görə ümumi dəyəri 360 mln. avro təşkil edən layihə çərçivəsində nəql olunacaq neftin əsas istehlakçılarının Polşa və Almaniya neft emalı müəssisələri olacağı gözlənilir. Baş direktor S.Skripka “Sarmathia”nın başlıca fəaliyyətinin Xəzər regionunun enerji daşıyıcılarını Avropaya daşımaqdan ibarət olacağını bildirib.

Xatırladaq ki, 2004-cü il iyulun 12-də Ukraynanın “Ukrtransnafta” və Polşanın "PERN Prznyjazn” şirkətlərinin yaratdığı “Sarmathia” MMC-nin iştirakçıları SOCAR (25,32 faiz), Gürcüstanın “Georgia Oil and Gas corporation Ltd” (16,09 faiz), “Ukrtransnafta” (28,79 faiz), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 faiz), Litvanın “AB Klaipedos Nafta” (1 faiz) şirkətləridir.

Xəzər ölkələri hazırda Avrasiya Neft Dəhlizinin yeganə əksik halqası olan 377 kilometr uzunluğunda Brodi-Adamova Zastava neft kəməri layihəsi vasitəsilə neft ehtiyatlarını Avropa bazarına çıxarmaqda daha bir etibarlı marşrut əldə edəcək.

Son xəbərlər

Orphus sistemi