Azərbaycan nefti hesabına Ukrayna zavoduna neft nəqli 50% artıb

Azərbaycan nefti hesabına Ukrayna zavoduna neft nəqli 50% artıb Bu rəqəm ötən ay 174 min ton təşkil edib
Energetika
15 Fevral , 2018 10:53
Azərbaycan nefti hesabına Ukrayna zavoduna neft nəqli 50% artıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Ukraynanın boru kəmərləri ilə Kremençuq Neft Emalı Zavoduna (NEZ) neft nəqlinin həcmi 174 min ton təşkil edib.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. 

Kəskin artım ötən ilin mart ayında işə düşmüş Odessa-Kremençuq neft kəməri vasitəsilə “Azeri Light” markalı neftin nəqli ilə əlaqadardır.

Ümumilikdə isə ötən ay Ukraynanın neft nəqli sistemində tranzitin həcmi illik müqayisədə 21,2% azalaraq 1,045 mln. ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi