Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb
Energetika
- 13 iyul, 2022
- 06:12
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,19 ABŞ dolları, yaxud 5,15 % azalaraq 113,91 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 99,49 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
12:20
Kallas Aİ ölkələrini Ukrayna üçün təcili olaraq əlavə HHM raketləri tapmağa çağırıb
Digər ölkələr12:14
"Prior Leasing" 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə12:13
Serbiya Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlıq üçün 3 yeni təşəbbüs irəli sürüb
Digər ölkələr12:10
Foto
Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika12:09
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Digər ölkələr11:40
Video
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
Xarici siyasət11:38
Prezidentin sosial media hesablarında "ŞƏT plyus" çərçivəsində liderlərlə görüşündən görüntülər paylaşılıb
Xarici siyasət11:34
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Digər ölkələr11:34