Azərbaycan neft idxalını 2 dəfəyə yaxın artırıb

Energetika
  • 23 may, 2025
  • 16:59
Azərbaycan neft idxalını 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 212 milyon 972,3 min ABŞ dolları dəyərində 419 min 499,65 ton neft idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə neft idxalı həcm ifadəsində 1,8 dəfə, dəyər ifadəsində 1,6 dəfə artıb.

Neftin əsasən (90 %) Rusiyadan idxal edilib. Bu ölkədən 190 milyon 320,7 min ABŞ dolları dəyərində (artım 2 dəfə) 377 min 707,2 ton neft (artım 2,2 dəfə) tədarük edilib.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 22 milyon 651,6 min ABŞ dolları dəyərində (artım 19,4 %) 41 min 792,4 ton neft (artım 45,1 %) idxal edib.

Xəbər verildiyi kimi, Azərbaycan 2024-cü ildə 1,02 milyard ABŞ dolları dəyərində (2023-cü illə müqayisədə artım 5,3 %) 1,869 milyon ton neft (artım 2,5 %) idxal edib.