Bu ilin yanvar ayında Azərbaycanda 0,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,1 % azdır.
Fevralın 1-nə ölkədə 4,2 min ton hazır məhsul istehsalı yaranıb.
Azərbaycanda metanol Bakının Qaradağ rayonunda yerləşən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal kimi təbii qaz və duzlaşdırılmış su istifadə olunur.