Azərbaycan martda gündəlik 798 min barel neft hasil edib

Azərbaycan martda gündəlik 798 min barel neft hasil edib Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi 798 min barel olub.
Energetika
10 Aprel , 2019 16:55
Azərbaycan martda gündəlik 798 min barel neft hasil edib

Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi 798 min barel olub. 

Bunu “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bunun 714 min barelini xam neft, 84 min barelini kondensat təşkil edib. Gündəlik 586 min barel xam neft, 84 min barel kondensat, 19,7 min barel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, cari ilin I rübü ərzində orta gündəlik neft hasilatı 799 min barel təşkil edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Son xəbərlər

Orphus sistemi