Azərbaycan Macarıstana aviasiya yanacağı ixracını kəskin artırıb
- 27 iyun, 2024
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 35,6 milyon ABŞ dolları dəyərində 33 min 573 ton aviasiya yanacağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 15,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 17 min 431 ton (+14 %), Rusiyaya 6,3 milyon ABŞ dolları dəyərində (+25 %) 4 min 941 ton (+22 %), Türkiyəyə 3,9 milyon ABŞ dolları dəyərində (-40 %) 3 min 129 ton (-57 %), Macarıstana 2,8 milyon ABŞ dolları dəyərində (+4,4 dəfə) 2 min 230 ton (+4,4 dəfə), Gürcüstana 859 min ABŞ dolları dəyərində (-82 %) 1 min 107 ton (-83 %) yanacaq satıb.
2023-cü ildə Azərbaycandan 74 ölkəyə ixrac edilmiş 108,74 min ton aviasiya yanacağının 37,4 %-i Lüksemburqun, 17 %-i Gürcüstanın payına düşüb.