Azərbaycan Liviya və Mərakeşə aviasiya yanacağının tədarükünü bərpa edib

Energetika
  • 25 dekabr, 2023
  • 12:05
Azərbaycan Liviya və Mərakeşə aviasiya yanacağının tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 97,7 milyon ABŞ dolları dəyərində 98 min ton aviasiya yanacağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq - 9 % azdır.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 31,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % azdır) 35 min 682 ton (-43 %), Rusiyaya 15,6 milyon ABŞ dolları dəyərində (+12 %) 12 min 528 ton (+10 %), Gürcüstana 13,51 milyon ABŞ dolları dəyərində (+6,6 dəfə) 18 min 52 ton (+7 dəfə), Türkiyəyə 13,1 milyon ABŞ dolları dəyərində (+10 %) 12 min 672 ton (+28 %), Birləşmiş Ərəb Əmirliklərinə 4,6 milyon ABŞ dolları dəyərində (-31 %) 3 min 671 ton (-31 %) yanacaq satıb.

Azərbaycandan 4 il 2 ayın tamamında Mərakeşə (7,1 min ABŞ dolları dəyərində 5,44 ton) və 2 il 6 aylıq aradan sonra Liviyaya (2 min ABŞ dolları dəyərində 1,5 ton) tədarük bərpa edilib.

2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti