Azərbaycan külək enerjisinin istehsalını 65 %-dən çox artırıb

Energetika
  • 18 sentyabr, 2023
  • 09:27
Azərbaycan külək enerjisinin istehsalını 65 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 41,4 milyon kVt/saat enerji istehsal edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 65,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 993,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 1,9 %-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 15,6 % artaraq 369,1 milyon manat təşkil edib.

Bu ilin 8 ayında Azərbaycanda 18 milyard 124,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 0,8 % çoxdur. Bunun 17 milyard 508,2 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,7 % çoxdur.

İstilik elektrik stansiyalarında 16 milyard 159,4 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 0,8 % çoxdur.

Su elektrik stansiyalarında 1 milyard 260,9 milyon kVt/saat enerjiı istehsal olunub ki, bu da 2022-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 2,4 % azdır.

Günəş enerjisi ilə işləyən stansiyalarında 46,5 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2022-ci ilin 8 ayının göstəricisi ilə müqayisədə 7,1 % çoxdur.

44 filmi